İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün müstəqilliklərinin 30-cu ili münasibətilə türk dövlətlərinin konsulları ilə görüşüb.
SÜLH.İNFO.az xəbər verir ki, "Emirgan - Bəyaz Köşk"ündə baş tutan görüşdə; Qazaxıstan Konsulu Alim Bayel, Qırğızıstan Konsulu Lira Sydykova, Özbəkistan Konsulu Amirsaid Agzamkhodjaev, Türkmənistan Konsulu Myratgeldi Seyitmammedov və Azərbaycan Konsulu Pərviz Qədimov yer almışdır.
Azərbaycanla "Can Qardaşlıq" münasibətlərinə vurğu edən İmamoğlunun görüşdə çıxışı zamanı “Orxon-Yenisey” abidələrində yazılan “Üstdə Göy yıxılmazsa, altda Yеr dəlinməzsə, türkün dövlətini, törəsini hеç kim poza bilməz” cümləsini deməsi ilə diqqət çəkib.