​BƏD XƏBƏR: Azərbaycanda bu cərimələrin məbləği KƏSKİN ARTIRILDI, BUNDAN SONRA...

​BƏD XƏBƏR:
16:06 06.06.2023
164 Sosial
A- A+

Xəbər verdiyimiz kimi, ötən gün İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində bir sıra cərimələrin artırılması öz əksini tapıb. Belə ki, yeni dəyişikliyə əsasən, yol hərəkəti ilə bağlı qaydaları pozanlar aşağıdakı cərimələri ödəməyə məcbur olacaqlar.

Sulh.info.az yeni cərimə siyahısını təqdim edir:
İnzibati Xətalar Məcəlləsinin 332.2 və 332.3 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) maddələrində bundan öncə 400 manatdan 700 manatadək cərimə tətbiq edilirdisə, hazırkı cərimə məbləği 500 manatdan 700 manatadək qaldırılıb.

Avtomobillərini dəmiryol keçidlərindən kənar yerlərdən keçirən sürücülərin (338.2) cərimələri də artırılıb. Belə ki, müvafiq qaydanı pozan sürücülər əvvəllər 20 manat cərimə ödəyirdilərsə, hazırda yeni layihəyə əsasən, cərimələr 100 manat təşkil edəcək. Artım 80 manatdır.

Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının (38.1) pozulmasına görə cərimələr də 5 dəfədən çox artırılıb.
Məcəllənin hazırkı variantında vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilirdisə, dəyişikliklə əsasən, vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaq.

Sürücülük hüququ məhdudlaşdırılmış (94.2) şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr də artırılıb. Məcələnin hazırkı variatında sürücülər 200 manat cərimə edilirdisə, yeni düzəlişdə bu məbləğ 300 manata qədər qaldırılıb.
Standartlara uyğun olmayan nömrələrlə (342.7) maşın sürənlər isə 100 manat cərimə ediləcək. Bundan öncəki cərimə isə 60 manat təşkil edirdi.

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər isə (327.4) 150 manat cərimələnəcək. Bundan öncəki cərimə isə 100 manat təşkil edirdi.
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr də artırılıb. Yeni layihəyə əsasən, cərimələr 80 manat təşkil edir. Bundan öncəki cərimə məbləği isə 60 manat idi.
Yolda sürət həddini aşmaya görə cərimələr də artırılıb.
Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. Hazırkı variantda bu cərimələr 150-250 manat arasında tətbiq olunur. Artım sürət həddinə görə 50 manat təşkil edir.