Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə ödənişlərin tarixini açıqlayıb.
İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bölgələr üzrə əmək pensiyaları 14 iyun tarixində, ünvanlı sosial yardımların isə 22 iyun tarixində ödənilməsi nəzərdə tutulub.