​Tağı Əhmədov ömürlük yerimə qabiliyyətini itirdi - “Allahın möcüzəsi lazımdır”

​Tağı Əhmədov ömürlük yerimə qabiliyyətini itirdi
12:51 07.06.2023
128 Toplum
A- A+

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabilliyyətini itirib.

Tağı Əhmədov ömürlük əlil arabasına məhkum olmaqla yanaşı onun ürəyində də ciddi problem yaranıb.Hazırda o Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.

Onun həyat yoldaşı Salatın Əhmədova Manset.az-a açıqlamasında faktı təsdiq edərək, bunları deyib: “Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti ürəkaçan deyil. Müalicə zamanı başqa problemləri də çıxdı. Onun ürəyində də problem yaranıb. İndi Tağını müalicə edəcəklər. Yəqin ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Həkimlər indi onunla məşğuldurlar. Yeriməyi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir ki, sabah başına nə gələcək”./Manset.az