​Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini təbrik etdi

​Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini
16:50 07.06.2023
154 Ölkə
A- A+

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Əli Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib.

Məktubda Ə.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan nazir K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.