​Təkrar istifadə edilən kosmetik testerlər təhlükə saçır - “Dişləyib aparanlar da olur” /VİDEO

​Təkrar istifadə edilən kosmetik testerlər təhlükə saçır
09:54 08.06.2023
140 Maraqlı
A- A+
Kosmetik məhsulların satışı ilə məşğul olan mağazalarda təkrar istifadə edilən testerlər təhlükə saçır.

Belə ki, mağazalarda tester kimi qoyulan dodaq boyaları bir neçə alıcı tərəfindən istifadə olunduğu üçün xəstəlik mənbəyinə çevrilə bilər.

“Bu kimi testerlərə hər kəsin əlini vurmasını sevmirəm. Dodaq boyasını dişləyib aparanlar da olur. Bu kimi testerlər bir dəfə istifadə üçün nəzərdə tutulsa, daha yaxşı olar”, - deyə paytaxt sakinləri qeyd ediblər.