Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Sulh.info.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib.
Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.
Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.
Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.