İyunun 6-da ruhi-əsəb dispanserinə yerləşdirilən AXCP üzvü Ziyafət Abbasovanın yeri dəyişdirilib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, Z.Abbasovanın müalicəsi digər xəstəxanada davam etdirilir: “Vətəndaş ruhi-əsəb dispanserində ixtisaslı həkim müayinəsindən keçirildikdən sonra Sabunçu Rayon Xəstəxanasına köçürülüb. Hazırda müalicəsini orada davam etdirir”.
Qeyd edək ki, sosial şəbəkələrdə AXCP üzvü Ziyafət Abbasovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılmışdı. Hətta onun saxlanılması ilə bağlı iddialar da səsləndirilib. Sonradan DİN açıqlama yayaraq Z.Abbasovanın ruhi-əsəb dispanserinə yerləşdirildiyini bildirib.