Meşə yanğınından çıxan tüstü Nyu-Yorkun səmasını qırmızıya çevirib.
Kanadada günlərlə davam edən meşə yanğınlarının tüstüsü ABŞ-nın şimal-şərq ştatlarını təsir altına alıb.
Səlahiyyətlilər vəziyyətlə əlaqədar, xüsusən də ürək, ağciyər və tənəffüs yolu xəstəlikləri olanlara çölə çıxmamaq barədə xəbərdarlıq edib.
Qeyd olunub ki, hazırda Kanadada 413 meşə yanğını aktivdir və nəticədə 26 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib./azxəbər