​Ceyhun Bayramovun Mirzoyanla görüşü təxirə salındı

​Ceyhun Bayramovun Mirzoyanla görüşü təxirə salındı
14:33 08.06.2023
165 Siyasət
A- A+
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla ABŞ-da planlaşdırılan danışıqların növbəti raundu təxirə salınıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi qaydada məlumat veriləcək", - məlumatda deyilir.