​Aptekdən uşaq yeməyi oğurlayan şəxslə bağlı ŞOK TƏFƏRRÜAT

​Aptekdən uşaq yeməyi oğurlayan şəxslə bağlı
10:01 09.06.2023
135 Hadisə
A- A+
Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib.

Sulh.info.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq (177.2.1 və 177.2.2) maddələri ilə məhkum olunmuş 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb:

"Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib. Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir. 

Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib".

Qeyd edək ki, daha əvvəl Lent.az-ın yaydığı məlumatda İlkin Məmişovun 100 manat dəyərində olan uşaq yeməyini övladı üçün oğurladığı bildirilmişdi.

***

Sözügedən xəbərlə bağlı "Qafqazinfo"nun feysbuk səhifəsində gedən müzakirəyə cavab olaraq Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev şərh yazaraq bildirib ki, həmin şəxs oğurladığı qida məhsullarını satmaq məqsədilə talayıb:

"Övladı onun himayəsində deyil. Əmələ görə onun barəsində məhkəmə qərarı ilə 20 sutka həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilib. O, əvvəllər iki dəfə oğurluq əməllərinə görə məhkum edilib".