​Milli Məclis bu qərara DƏYİŞİKLİK ETDİ - yenidən ŞANS VERİLƏCƏK

​Milli Məclis bu qərara DƏYİŞİKLİK ETDİ
12:46 09.06.2023
142 Ölkə
A- A+
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məktəbə qədər təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Müzakirələrdən sonra dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.