Bu barədə sığorta bazarındakı mənbə məlumat verib.
Xərclərin 23.3%-i – 14 milyon 347,5 min manat (artım 46%) agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.
17 milyon 905,2 min manat (artım 12,2%) və ya xərclərin 29%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 2 milyon 438,5 min manat (artım 10,2%), sosial ayırmalar 3 milyon 69,1 min manat (artım 13,9%), icarə ödənişləri 2 milyon 55,6 min manat (artım 15,3%) təşkil edib.
Bundan başqa, sığorta sektoru reklama 1 milyon 909,7 min manat (artım 3 dəfə) yönəldib.
2022-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə 43 milyon 606,3 min manat yönəldib (2021-ci illə müqayisədə azalma 19,7%). Ötən il sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 20,9%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb. (İnterfaks-Azərbaycan)