Azərbaycanda hamını narahat edən məsələ bank kreditlərinin faizinin yüksək olmasıdır.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün parlamentin növbədənkənar iclasında deyib.
O qeyd edib ki, kreditlər 14 faizdən başlayır:
"14 faizlə kredit alan sahibkar nə ilə məşğul olmalıdır ki, həm özü pul qazansın, həm işçiləri saxlasın, həm krediti qaytarsın? Elə kredit sistemi yaradılmalıdır ki, orta və kiçik sahibkarlıq inkişaf etsin. Bank faizlərinin aşağı salınması məsələsi diqqətdə saxlanılmalıdır", - deyə o əlavə edib.