"Türkiyə ABŞ-dan F-16 qırıcılarının tədarükünə başlayıb" .
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-ya üzv ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra məlumat verib.
Akar bildirib ki, "Təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb və biz bu prosesi diqqətlə izləyirik".
"Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir"- deyə o, əlavə edib.
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması qərarına görə F-16 qırıcılarının tədarükü prosesini dayandırmışdı.