​DİQQƏT! Əhaliyə məlumat VERİLDİ - səhər saat 05:00 radələrində...

​DİQQƏT! Əhaliyə məlumat VERİLDİ
09:00 12.06.2023
144 Hadisə
A- A+
Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 05:09-da, 3,4 maqnitudada qeydə alınıb. 

Zəlzələ ocağı 56 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, yerli vaxtla saat 03:37-də Qobustanda da 3 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.