Bank kreditləri faizlərini aşağı salmaq üçün depozit faizlərini də aşağı salmalıyıq.
Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, istehlak kreditləri üçün isə faiz göstəricisi hazırda 16,1 %-dir. "Biz kredit faizləri aşağı salmaq üçün depozit faizlərini də aşağı salmalıyıq. Amma etiraf edək, 4-5 %-lə banka depozit qoyan olacaqmı? Biz depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək", - deyə o əlavə edib.