Bu sözləri diyetoloq Marina Melnikova Lenta.ru-ya müsahibəsində deyib.
Belə ki, avokadonun tərkibində A, C və E vitaminləri, həmçinin dərini qidalandıran və sərbəst radikalların zədələnməsindən qoruyan əsas yağ turşuları var. Avokado dərini həm nəmləndirir, həm də iltihabı və qızartıları azaldır. Onun tərkibindəki antioksidantlar vaxtından əvvəl qocalmağa səbəb olan ətraf mühitin mənfi təsiri ilə mübarizə apararaq qırışların və incə xəttlərin qarşısını almağa kömək edir. Lutein sayəsində avokado göz altındakı qara dairələri azaldır və ümumi dəri rəngini yaxşılaşdırır. Meyvənin yağı isə məsamələri bağlamayan əla təbii nəmləndiricidir.
"Avokadodan maksimum fayda əldə etmək üçün onları salatlara və ya smuzilərə əlavə edin", - Melnikova məsləhət görüb.
İkincisi, qızılbalıqdır. O, iltihabı azaldan və dərinin sağlamlığını qoruyan omeqa-3 yağ turşuları ilə zəngindir. Balıq həmçinin qırışları, ləkələri azaldaraq qocalmanı ləngidir və günəş şüalarından qoruyur. Tərkibində A və D vitaminləri, sink, selen və dəmir var və bu birləşmə dəridə yağların tarazlığını qoruyur, bu da onun daxildən nəmlənməsini təmin edir.
Daimi istifadə ilə nəinki dərinin ümumi vəziyyətində və tonunda yaxşılaşma müşahidə edəcəksiniz, həm də onun çirkləndiricilərin və UV şüalarının zərərli təsirlərinə qarşı müqavimətini artıracaqsınız”, - diyetoloq bildirib.
Mütəxəssisin sözlərinə görə, qaragilə də dərini sərbəst radikalların yaratdığı zərərdən qoruyan antioksidantlarla zəngindir. Giləmeyvə tərkibində olan C vitamini kollagenin istehsalını təşviq edir. Bu protein dərinin möhkəm və elastik görünməsinə kömək edir. E vitamini isə ultrabənövşəyi radiasiyadan qoruyur.
"Qaragiləni səhər yeməyi kimi yulafa və ya qatığa əlavə edərək pəhrizinizə daxil edə bilərsiniz", - Melnikova yekunda vurğulayıb. /publika.az