Hadisə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.
Rayon polis idarəsinə məlumat daxil olub ki, Məktəb küçəsində, Qabil Cəlilova məxsus ''50-qəpik'' avtoyuma məntəqəsində bədbəxt hadisə baş verib. Dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.
Araşdırma zamanı məlum olub ki, avtoyumada dünyasını dəyişən 14 yaşlı Rəşad Əsgərovdur.
Ərazinin müayinəsi aparıldıqdan sonra Rəşad Əsgərovun meyti məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb.
"Ərazidə çəkiliş aparılan zaman, özünü avtoyuma məntəqəsinin sahibi kimi təqdim edən şəxs də gəlib. Ondan bədbəxt hadisənin hansı şəraitdə baş verməsini öyrənmək istəyi baş tutmayıb."
Qəsəbə sakinlərinin sözlərinə görə, yeniyetmə qəsəbə sakini olmayıb. O, həmin ərazidə yaşayan tanışlarının evinə qonaq gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: