Tikinti şirkətləri tərəfindən mənzil satışında bu gün kifayət qədər qanunsuzluqlar var. Misal üçün mənzillərin vətəndaşlara satılarkən sahəsinin düzgün hesablanmaması məsələsi var.
Bunu trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O qeyd edib ki, tikinti şirkətlərinin mənzili vətəndaşa satarkən sahəsini artıq hesablaması çox ciddi suallar yaradır.
"Bir neçə il sonra çıxarışlar alan zaman vətəndaşlarla tikinti şirkətləri arasında çox ciddi problemlər yarana bilər, məhkəmə mübahisələrinin sayını artıra bilər. Ona görə də düşünürəm bu prosesə bir nəzarət olmalıdır. Tikinti şirkətləri nəzarətsiz buraxılsa onlar bu qanun pozuntularına davam edəcək", - deyə o əlavə edib.