11 il əvvəl Ayşən yenicə dünyaya gətirdiyi qız övladını kafedə bir yerdə işlədiyi qadına verir. Dediyinə görə, pul müqabilində dayə kimi baxmağa veribmiş.
Referans.az-ın xəbərinə görə, uşağı saxlayan Zəminə deyir ki, 11 ildə ana uşağı ilə az maraqlanıb. 2 ildir ki, tamamilə əlaqə kəsilib. Zəminənin efirə çıxmağına səbəb Havin adlı 11 yaşlı usağın təhsil problemidir. Usağın sənədi yoxdur deyə, məktəbə gedə bilmir. 1 həftə Zəminənin efirdə məlumatları verməsindən sonra "Təsir dairəsi" usağın əsl anasını tapıb. Bu gün efirdə ana ilə usağın görüşü baş tutub.(lent.az)