Tibb müəssisələri üçün qablaşdırılmış dərmanların pərakəndə satışı qadağan olunur.
Sulh.info.az report-a istinadən xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.
Yeni bəndə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin bu Qanunun 4.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənir və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan olunur.
Qanunun 4.6-cı maddəsi isə belədir: "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir".