"Bir bacım var, məndən böyükdür. Bizim çox gözəl münasibətimiz var. O, Titr-animatordur. Onunla bir-iki klip çəkmişdik. Mənə Kopenahgendə çox dəstək olmuşdu".
Bu sözləri müğənni Dilarə Kazımova deyib.
"Ulduzla" proqramına qonaq olan ifaçı ilk dəfə bəy nəslindən oluğunu açıqlayıb:
"Biz incəsənət ailəsində böyümüşük. Mənim babam Dadaş Kazımov aktyor idi. Onun Azərbaycan filmlərində bir çox epizodları var. Məsələn; “Təhminə və Zaur” filmində “Zaur gəl nərd oynayaq” deyən adam mənim babamdır.
Nənəmin atası çox məşhur adam idi. Onun adı Məşədi Hilal Kazımov idi. Adına küçə də var. Mən bəy nəvəsiyəm. Nənəm həmişə mənə deyirdi ki “Sən bəy nəvəsisən”.
Qeyd edək ki, Məşədi Hilal Kazımov 1918-ci il mart hadisələrinin iştirakçısı olub.