​Aparıcıdan xəbərdarlıq: "Normal pulla gəlin" — FOTO

​Aparıcıdan xəbərdarlıq:
14:51 20.06.2023
170 Toplum
A- A+

Dubaya 4-cü səfərimdir. Qısaca bu dəfə üçün onu deyim ki, buralar babat istidir!!! Və bahadır! Bakıdan da, İstanbuldan da baha! Yemək, alış-veriş, gəzmək, taksi çox şey. Bizdəki kimi, hər yan skuterdi, siqnal səsi eşitmədim və yol polisi görmədim.

Bu sözləri tanınmış aparıcı Samir Bayramlı sosial mediada yazıb. Tətil üçün Dubaya yollanan aparıcı səfəri barədə fikirlərini bölüşüb və bildirib ki, çox bahalı şəhərdir.

"Rus turistlər üstünlük təşkil edir. Bu arada burnunuza qəribə qoxular gələcək təəccüblənməyin. Buranın maksimum istirahət vaxtı elə 3-4 gündür. Səliqəli, gözəl, təmiz, müasir, qəşəng şəkillər çəkib gözəl xatirələr toplayıb və bütün mədəniyyətləri görə biləcəyiniz yerlərdəndir. Buralar indi mövsüm sonu olsa belə gəlmək fikriniz varsa, qısa zamanlıq və normal pulla gəlməyiniz məsləhətdir!", - Samir sonda bildirib.