​Bina evində yaşayanlara VACİB XƏBƏR - Sakinlər yük liftlərindən istifadəsi...

​Bina evində yaşayanlara VACİB XƏBƏR
15:01 20.06.2023
131 Sosial
A- A+
Yeni tikililərdə mənzillər təmir edilərkən sakinlər bir çox hallarda yük liftlərindən istifadə edə bilmirlər.

Belə olduqda adətən bina sakinləri həll yolu kimi qaldırıcı kranlara müraciət edir. Bu isə sakinlər üçün əlavə əziyyət və xərclərə səbəb olur. Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Referans.az-a danışıb.

“Demək olar ki, dünyanın əksər ölkələrində yeni tip binalarda təmirsiz binalar satılmır. Qonşu, Gürcüstan, Rusiya və Türkiyə kimi dövlətlərdə bu sahə ilə bağlı struktur belədir. Bunun əsas səbəbi gələcəkdə elektrik xəttlərində və kommunal sistemdə problemlərin yaşanmaması ilə bağlıdır. Bizdə binalar demək olar ki, əksəriyyət olaraq təmirsiz satılır. Əslində yük liftləri daş və sement qaldırılması üçün nəzərdə tutulmayıb. Bu cür liftlər hər hansısa yüngül çəkiyə malik təmir avadanlığını yuxarı mərtəbələrə qaldırılması üçündür. Ağır çəkidə olan avadanlıqları qaldırıcı kranlarla qaldırmaq daha məqsədəuyğundur. Bundan başqa ağır materialların qaldırılması zamanı yük liftlərinin troslarında qırılma halları baş verir. Bu praktikada tez-tez yaşanır. Həmçinin yük liftlərinin daxili quruluşu zədəyə və qırılmalara qarşı möhkəm olmalıdır”.

Elnur Fərzəliyev həmçinin yük liftlərindən istifadə müqabilində əlavə ödəniş tələb olunmasının yolverilməz olduğunu qeyd edib.

“Yük liftlərindən istifadə zamanı vətəndaşlardan əlavə məbləğ tələb olunması istənilən halda yolverilməzdir. Əgər bir şirkət hanısısa binanı tikib vətəndaşlara satırsa bu cür xidmətlərlə bağlı mütləq şəkildə şərait yaratmalıdır. Bu cür hallarda bina sakinlərinə süni əngəllər yaratmaq və onlardan pul tələb etmək düzgün deyil”.