​Azərbaycanda xəstəxanadan çıxan iki piyadanı avtomobil vurub

​Azərbaycanda xəstəxanadan çıxan iki piyadanı
11:52 21.06.2023
130 Hadisə
A- A+
Bərdə rayonunda Müalicə Diaqnostika Mərkəzindən çıxaraq yolu keçmək istəyən iki piyadanı avtomobil vurub.

Sulh.info.az report-a istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində baş verib.

Xəsarət alan hər iki şəxs ətrafdakı insanların köməkliyi ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinin təcili yardım şöbəsinə yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.