Oğuzda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Oğuz şəhər sakini, 1956-cı il təvəllüdlü F.Qaffarov kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1 gün sonra ailə üzvləri tərəfindən Şəkidəki xəstəxanaya aparılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq F.Qaffarov dünən axşam xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.