BAKU.WS-in əldə etdiyi məlumata görə, buna səbəb evləri plana düşən yerli sakinlərlə söküntü işini aparan şirkət arasında razılıq əldə olunmamasıdır.
Belə ki, "Kubinka" ərazisində bəzi sakinlər söküləcək evləri müqabilində onlara veriləcək hündürmərtəbəli binadan mənzillə razılaşıblar. Digər qrup sakinlər isə söküləcək evləri müqabilində onlara kompensasiya verilməsini tələb edir. Onlar yeni binalardan mənzil istəməyərək evlərinin müqabilində pul verilməsini istəyirlər.
Qeyd edək ki, tikinti işini aparan "RR Constructions" şirkəti sakinlərin yeni binalardakı evlərə yerləşdirənə qədər onlara kirayəpulu da təklif edir. Lakin bir qrup sakin nə yeni mənzil, nə də kirayəpulu ilə razılaşmır, söküləcək evləri müqabilində 3 min manat kompensasiya istəyirlər.