​Koç çağırdı, qaça-qaça getdi - "Neftçi"n çalışdırmağa ən real namizəd

​Koç çağırdı, qaça-qaça getdi
12:08 22.06.2023
166 İdman
A- A+

«Neftçi» ilə danışıqlar aparmaq üçün 2 gün öncə Azərbaycana gələn Sərgən Yalçın bu gün İstanbulda «Fənərbağça»nın prezidenti Ali Koçla görüşəcək.

Yaxınlarda Jorje Jesusla vidalaşmaq məcburiyyətində qalan «sarı-lacıvərdlilər» onu komandanın sükanı arxasına gətirmək niyyətindədir.

Türkiyə kubokuunu qazanmaqla klubun 9 illik həsrətinə son qoyan və bundan sonra müqaviləsinin müddətini uzatmayan portuqaliyalı çalışdırıcının gedişi «Fənər»in bütün diqqətini Yalçına çevirib.
Onun «Neftçi»nin də gündəminə düşməsini və bu məqsədlə Bakıya səfər etməsini öyrənən Ali Koç köməkçiləri vasitəsilə sabiq «Beşiktaş»lını söhbətə çağırıb.
2021-ci ilin dekabrından bu tərəfə işsiz qalan mütəxəssis bu gün keçirəcəyi görüşdən sonra yekun qərarını verəcək. O, bununla bağlı bakılı rəsmiləri xəbərdar edib.
Dünən Lorentsiu Regekampfla yolları rəsçmən ayıran «Neftçi» türkiyəli çalışdırıcıya 1+1 illik müqavilə təklif edib. «Ağ-qaralar» Sərgən Yalçına ilk ilində 1 milyon avro ödəməyə hazırdır.
O, komandaya Premyer Liqa çempionluğu və ya ölkə kubokunu qazandırarsa, kifayət qədər yüksək məbləğdə bonus alacaq.
Paytaxt təmsilçisi avrokuboklarda qrup mərhələsinə vəsiqə əldə edərsə, qazancı daha da artacaq.