​Prezidentdən ARDNF-in builki büdcəsi ilə bağlı FƏRMAN

​Prezidentdən ARDNF-in builki büdcəsi ilə bağlı
15:44 22.06.2023
274 Siyasət
A- A+
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli Fərmanında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 milyard 990 milyon 947 min 200 manatdan 16 milyard 337 milyon 500 min manata, xərcləri isə 11 milyard 392 milyon 336 min 500 manatdan 11 milyard 850 milyon 36 min 500 manata qaldırılıb.