​Tənha insanlar MÜTLƏQ OXUSUN! - Bu, ölüm riskini ARTIRIR

​Tənha insanlar MÜTLƏQ OXUSUN!
09:38 23.06.2023
335 Maraqlı
A- A+
Tənhalıq və sosial təcrid ömür müddətini əhəmiyyətli dərəcədə qısalda və bir çox ölümcül xəstəliklərə səbəb ola bilər.

Bu barədə Xabrinski Tibb Universitetinin alimləri məlumat verib.

Belə ki, mütəxəssislər dünyanın hər yerindən 2,2 milyondan çox insanın iştirak etdiyi 90 tədqiqatın məlumatlarını incələyiblər. Sosial cəhətdən təcrid olunduğunu və ya tez-tez tənha hiss etdiyini bildirən şəxslərin xərçəng də daxil olmaqla hər hansı bir səbəbdən daha erkən ölmə ehtimalı yüksək olub.

Mütəxəssislərin fikrincə, bu, belə insanların sağlam qidalanma və aktiv həyat tərzinə daha az riayət etmələri ilə əlaqədardır.

Bundan əlavə, sosial izolyasiya iltihab və zəifləmiş immunitet sistemi ilə əlaqələndirilir.

Alimlər bildirib ki, sosial əlaqələrin az olması səbəbindən belə xəstələrin yüksək keyfiyyətli və vaxtında tibbi yardım alması ehtimalı da azdır.

Qeyd edək ki, tədqiqatlar yüksək gəlirli ölkələrdə aparılıb.

Mütəxəssislər subay insanlara sosial qruplarda iştirak etməyi, həmçinin sosial şəbəkələrdən çəkinməyi tövsiyə ediblər.

Tədqiqat “Nature Human Behavior” jurnalında dərc olunub./KONKRET.az