İstirahət üçün dənizə gedən 4 dostdan 2-si geri qayıdıb. 3 gündür onların ailə üzvləri dəniz kənarında keşik çəkir, övladlarının cəsədlərinin tapılacağını gözləyir.
Hadisə dənizin Buzovna qəsəbəsi ərazisinə düşən hissəsində baş verib. Dəniz sularında boğularaq itgin düşən 21 yaşlı İsgəndər Əhmədzadənin bacısı Aybəniz Qulilyeva "Xəzər Xəbər"ə bildirib ki, qardaşı işdən çıxıb istirahət üçün dostları ilə dənizə yollanıbmış.
İsgəndərin xilas etməyə çalışdığı digər batan şəxs Samir Əhədovun əmisi Faiq Əhədov, hadisədən 2-3 saat sonra xəbər tutduqlarını bildirib.
İsgəndər Əhmədzadənin itgin düşmədən öncə xilas etdiyi dostu Ələkbər Əzizov isə hadisəni belə xatırlayır.
Hadisə ilə əlaqədar FHN-dən bildirilib ki, nəzarətsiz ərazidə batan 2 nəfərin tapılması istiqamətində dərhal axtarış-xilasetmə əməliyyatına başlanıb.
Küləkli hava şəraiti və dənizin dalğalı olmasına baxmayaraq, axtarışı davam etdirirlər.