Beş dəqiqəlik gündüz yuxusu insanın intellektinə müsbət təsir göstərə və demensiyanın qarşısını ala bilər.
Alimlər Çinin böyük şəhərlərində yaşayan 60 yaşdan yuxarı 2000-dən çox insanın yuxu rejimini araşdırıblar.
Araşdıqmada iştirak edən 1,5 mindən çox insan nahar yeməyindən sonra beş dəqiqədən iki saata qədər yatıb. Digərləri isə gün ərzində heç yatmayıblar.
Məlum olub ki, gündüz yuxusu yaşlı insanlarda daha dəqiq oriyentasiyaya və yaddaşın aydınlığına kömək edir.
Buna baxmayaraq, elm adamları gündüz yuxusunun həqiqətən idrak funksiyalarını qorumağa və demensiyanın inkişafının qarşısını almağa kömək etdiyini hələ sübut edə bilmədiklərini vurğulayıblar.
Çünki onlar, gündüz yuxusunun müddətini və iştirakçıların hansı vaxtda yatdıqlarını nəzərə almayıblar. /British Medical Journal/