Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramına hazırlıq prosesinə başlayıb.
AQTA müvafiq qurumlarla birgə ölkədə standartlara uyğun kəsim məntəqələrində monitorinqlər keçirib.
Qurumun mətbuat katibi İlkin Kərimov "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, agentlik bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
138 məntəqdən 80-də həm kəsim, həm satış, 46 yalnız satış 12-sində isə yalnız kəsim həyata keçiriləcək:
"Bəs qurbanlıq heyvan alarkən vətəndaşlar nələrə diqqət etməlidir?"
Baytar həkim İsmayıl Abdullayevin sözlərinə görə, rayondan gətirilən heyvanların əvvəlcə yerlərdə müfəttişlər tərəfindən verilən "Forma 1" sənədinə baxılır.
Qeyd edək ki, Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: