Ermənistan müəyyən addımlar atmağa hazır olsa, sülh razılaşması əldə edilə bilər.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Reuters"ə müsahibəsində bildirib.
"Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsi varsa, hesab edirəm ki, potensial olaraq ilin sonundan da əvvəl razılığa gəlmək mümkündür",- deyə nazir əlavə edib.