ABŞ-da aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada şəkərli diabet xəstələrinin sayı iki dəfə artacaq. Belə ki, 2021-ci ildə 529 milyon olan xəstə sayı 30 il sonra 1,3 milyarda çatacaq.
“The Lancet” və “The Lancet Diabetes & Endocrinology” jurnallarında yayımlanan araşdırmada yaxın 30 ildə heç bir ölkədə diabet nisbətinin azalacağının gözlənilmədiyi qeyd edilib.
Mütəxəssislər bu məlumatları narahatedici adlandırırlar. Eyni zamanda, diabetin sağlamlıq üçün ciddi təhlükə yaratdığını, dünyada əksər xəstəlikləri üstələdiyini bildiriblər.
Əlavə edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 2050-ci ilə qədər dünya əhalisinin təxminən 9,8 milyard olacağını proqnozlaşdırır. Bu isə o deməkdir ki, hər yeddi və ya səkkiz nəfərdən biri o vaxta qədər diabetlə yaşayacaq./Publika.az