​Azərbaycanda icra başçısı vətəndaşlar tərəfindən döyülüb? - Rəsmi açıqlama

​Azərbaycanda icra başçısı vətəndaşlar tərəfindən döyülüb?
12:40 23.06.2023
128 Hadisə
A- A+
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir.

Bu barədə Report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Neftçala RİH başçısı M.Seyidovun səyyar qəbul zamanı vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar yayılıb.