Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının müdiri, tibb elmlər doktoru, professor Səfixan Həsənov vəfat edib.
Bu barədə ali məktəbdən bildirilib.
Qeyd edək ki, Səfixan Şamil oğlu Həsənov 1988-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə edib. O, 1999-cu ildən Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının professoru, 2005-2012-ci illərdə K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2010-2016-cı illərdə Neonatologiya kafedrasının müdiri vəzifələrində çalışıb. 2017-ci ildə ATU-nun I Uşaq Xəstəlikləri kafedrasının müdir seçilib.