Biz (Ermənistandan - red.) qisasımızı döyüş meydanında aldıq. Ancaq biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq.
Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
İşğal dövründə şəhərlərimizin yerlə-yeksan edildiyini, tarixi abidələrimizin dağıdıldığını, müqəddəs ocaqlarımızın təhqir olunduğunu və dağıdıldığını xatırladan dövlətimizin başçısı bildirib: "Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz".