Referans.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu ərazisində qeydə alınan hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, dünən gecə saat 3 radələrində 38 yaşlı Bakı şəhər sakini Babayeva Yeganə Elçin qızı, idarə etdiyi “BMW” markalı “10 DM 011” nömrə nişanlı avtomobili ilə 28 yaşlı Sabirabad rayon sakini Məmmədov Kamran Əlisəfa oğlunu vurub.
"Sürücü daha sonra maşını yol kənarında dayanan digər avtomobilə də çırpıb. Ə.Səmədov moped sürücüsü olub və şəxs hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı Nəsimi rayonu polis idarəsində araşdırma aparılır. Hadisə Ceyhun Hacıbəyli küçəsində baş verib. İlkin məlumatlara görə, hadisədə təqsirkar "BMW" sürücüsü olan xanımdır", - deyə Araz Əsgərli bildirib.
Sözügedən görüntüləri təqdim edirik: