Alfiyya ilə Axil arasında dinlərarası nikah mərasiminə polis imkan verməyib. Polis əməkdaşlarının olduğu maşın Kovalamdakı kilsəyə yaxınlaşıb. Bu, yeni evlənənlərin nikah andlarını etməsindən bir neçə dəqiqə əvvəl baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ər-arvadın yanına qaçaraq qışqırmasına və etirazlarına baxmayaraq, qızı zorla maşına mindiriblər. Bəyin gəlinə yaxınlaşmasına icazə verilməyib və onu polis bölməsinə aparıblar.
Bölmədən qızı məhkəmə binasına aparıblar, o, ifadə verib və təsdiqləyib ki, Axillə gedib və öz istəyi ilə onunla evlənmək niyyətindədir. Məlum olub ki, qızlarının toyunun əleyhinə olan Alfiyanın valideynləri onun itməsi ilə bağlı polisə ərizə veriblər. İfadə verdikdən sonra Alfiyyaya nişanlısı ilə məhkəməni tərk etməyə icazə verilib.
Lakin yeni ailə quranların dediyinə görə, polislər özlərini qeyri-peşəkar aparıb və qanunu pozublar, çünki hadisədən bir neçə gün əvvəl Alfiyya artıq ifadə verib ki, Axillə bir ildən artıqdır tanışdır və öz istəyi ilə onunla gedir.
Gənclər polislərdən şikayət edib, onlara qanunsuz güc tətbiqi olub-olmadığını araşdırılacağı vəd edilib. Çətinliklərə baxmayaraq, hadisədən sonra bəylə gəlin hələ də evlənmək fikrindədirlər./ lent.az