Son vaxtlar avtomobillərin arxa şüşəsində yazılan ifadələrə demək olar ki, tez-tez rast gəlinir.
Sulh.info.az Xezerxeber.az-a istinadən xəbər verir ki, xüsusi reklam lövhəli şirkət avtomobilləri istisna olmaqla digər yazılar, fotoların maşınların arxa tərəfinə kustar üsulla vurulması dəb halını alıb.Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, bəzən avtomobilin üzərinə o qədər lüzumsuz ifadələr yazılır ki, bu, hərəkətdə olan digər nəqliyyat vasitəsinin fikrini yayındırır.
Araz Əsgərli qeyd edir ki, qanunvericilikdə bunun cəriməsi yoxdur. Amma belə avtomobillər aşkar edildikdə sürücüdən o yazıları və ya fotonu silmək tələb edilir.
Baş inspektor hesab edir ki, sürücülər belə yazılara və fotolara üstünlük verməkdənsə avtomobilin texniki sazlığına diqqət etsələr daha faydalı olar.