Leninqrad vilayətinin Tixvin şəhərində 1 yaşlı qız qaynar suda yanıb.
Azyaşlı iyunun 24-də günorta saatlarında Tixvin xəstəxanasına çatdırılıb. Zərərçəkənin bədənində çoxsaylı yanıq xəsarətləri aşkarlanıb.
İlkin məlumata görə, bir yaşlı körpə valideynləri ilə birlikdə mənzildə olub və onların nəzarətsizliyi ucbatından qaynar su qabını aşırıb. Nəticədə uşaq ağır yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.