​Əməkdar artist - "Gözlərimin önünə simamın deformasiyaya uğradığı qocalıq gəldi" /VİDEO

​Əməkdar artist
17:01 26.06.2023
339 Maqazin
A- A+
“Əslində efirə çıxmağım çox tez idi. Amma elə tədbirlər var ki, mən orada iştirak etməliyəm. Bu əməliyyat olunmalı idi. Kiçik toxunuşlar idi ki, mən bunları etdirdim. Öz simam qalmaq şərtilə məni narahat edən bəzi məqamları aradan götürdük. Bu da ürəyimcə oldu".

Bu sözləri Əməkdar artist Lalə Məmmədova "Space FM"ə qonaq olarkən deyib.

Son zamanlar simasında köklü dəyişiklik edən ifaçı bunun əməliyyatla reallaşdığını bildirib. Lalə dolğu etdirməmək üçün əməliyyata girdiyini açıqlayıb:

"Kosmetoloqlarımız məndən inciməsinlər. Son zamanlar kosmetoloqa gedən kimi adama dolğu vururlar. O dolğulardan da elə qorxuram ki… Belə olanda gözlərimin önünə simamın deformasiyaya uğradığı qocalıq gəlir. Bu dolğuları edirlər. Mən bilmirəm qocalanda 5-10 ilə nə olacaq? Qərar verdim ki, dolğularla yox, məni narahat edən problemlərdən əməliyyatla qurtulum”.