Rayan Kent və Edin Dzekonu transfer edən "Fənərbaxça" daha bir iddialı futbolçunu heyətə cəlb edə bilər.
İvan Perişiç “Fənərbaxça”da oynamaq istəyir. “TRT Spor”un xəbərinə görə, İvan Perişiç meneceri vasitəsilə “Fənərbağça”ya tövsiyə olunub. “Fənərbaxça”nın hələlik bu təklifə cavab vermədiyi qeyd edilib. Bildirilir ki, Perişiçin "Tottenhem"lə daha 1 illik müqaviləsi olmasına baxmayaraq, klub futbolçunun getməsinə razılıq verib.
Qeyd edək ki, ötən mövsüm “Tottenhem”də ümumilikdə 44 oyun keçirən İvan Perişiç 1 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.