Bir sıra tanınmış texnoblogerlərin fikrincə sözügedən məhsulların eyni dərəcədə sərfəli qiymətə daha güclü alternativləri mövcuddur. Bu barədə Referans.az “Executioner” portalına istinadən xəbər verir.
Siyahıda birinci yerdə 128 GB-lıq iPhone SE (2022) qərarlaşıb. Ekspertlər əvəzində eyni həcmdə yaddaşa malik iPhone 12 mini-ə diqqət yetirməyi məsləhət görüblər ki, bu da demək olar qiymətcə iPhone-a bərabərdir, eyni zamanda daha çox üstünlüklərə malikdir. İmtina edilməsi tövsiyyə olunan ikinci model isə 128 GB iPhone 12-dir. Eyni miqdarda yaddaşa malik iPhone 13 təxminən eyni məbləğə, hətta daha sərfəli qiymətə alına bilər. Siyahını iPhone 13 Pro Max bağlayır. “On dördüncü nəslin təqdimatından sonra bu Pro-nun istehsalı məhdudlaşdırıldı, buna görə də indi nadir hallarda mağazalarda görünür" – deyə, texnoblogerlər qeyd ediblər.
Həmçinin ekspertlər saxta iPhone və AirPod-ları müəyyən etməyin yolları haqqında da danışdıblar. Onlar alıcıları daha diqqətli olmağa, ucuz qiymətlərə aldanmamağa və sözügedən məhsulları yalnız rəsmi satış mərkəzlərindən almağa çağırıblar.