Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.
Hadisə Ziya Bünyadov prospektindəki yol ötürücüsündə baş verib.
Belə ki, qoşqusunda dəmir boru daşıyan "KamAZ" markalı yük maşının sürücüsü idarəetməni itirib. Nəticədə yük avtomobili eyni istiqamətdə olan "Mercedes" və "Qazel" markalı yük maşınlarına çırpılıb.
İdarəetmədən çıxan "KamAZ" tuneldə yolayrıcı betona çırpılaraq əks tərəfə çıxıb.
Bu zaman "Toyota", "Range Rover" və "Hyundai" markalı minik avtomobilləri yük maşınına dəyib.
"KamAZ" beton divara çırpılaraq dayanıb. "Mercedes" markalı yük maşının sürücüsü Elnur İsgəndərov bildirib ki, "KamAZ"ın sürücüsü sükan arxasında yuxulayıb.
Qəza nəticəsində "KamAZ"ın və "Qazel"in sürücüsü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Təhlükəsizliyi təmin etmək üçün Ziya Bünyadov prospektindən 20 Yanvar istiqamətinə tuneldə bir müddət hərəkət məhdudlaşdırılıb.
Artıq əza nəticəsində bağlanan tuneldə hərəkət bərpa edilib. Qəzaya uğramış yük maşınları hissələrə bölünürək ərazidən uzaqlaşdırılıb.
Hazırda prospektinin bağlanan hissəsində yol açıqdır.(Azinform.az)