​SENSSASİYA! - Putinin bu generalı Priqojin ilə əlbir imiş

​SENSSASİYA!
11:11 28.06.2023
211 Dünya
A- A+

General, Ukraynadakı Rusiya qoşunları qruplaşmasının komandirinin müavini Sergey Surovikin Vaqner PMC-nin yaradıcısı Yevgeni Priqojinin Rusiyanın hərbi rəhbərliyinə qarşı üsyana başlamaq planlarından əvvəlcədən xəbərdar idi.
Bu barədə The New York Times Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Vaşinqton general Surovikinin həftə sonu Priqojinə kömək edib-etmədiyini öyrənməyə çalışır.

Qəzetin yazdığına görə, ABŞ rəsmiləri Priqojinin hərbi çevriliş cəhdini digər rus generalların da dəstəklədiyini bildiriblər.

“Priqojin hakimiyyətdəki digər şəxslərin ona kömək edəcəyinə inanmasaydı, qiyam qaldırmazdı. General Surovikin ötən həftəsonu hadisələrdə iştirak etsəydi, bu, Putinin Ukraynada müharibəsi başlayandan bəri Rusiyanın hərbi rəhbərliyini xarakterizə edən daxili çəkişmələrin son əlaməti olardı və Priqojin və Putin tərəfdarları arasında daha geniş parçalanmanın olduğunu göstərə bilərdi.

Qəzetin qeyd etdiyi kimi, iyunun 27-də FSB Yevgeni Priqojin və Vaqner PMC-yə qarşı üsyanla bağlı cinayət işini bağladı.

Bununla belə, əgər Putin general Surovikinin Priqojinə birbaşa yardım etdiyinə dair sübutlar aşkar edərsə, onu öz komandanlığından uzaqlaşdırmaqdan başqa yolu qalmayacaq, rəsmilər və analitiklər NYT-yə bildiriblər.

Vaşinqtonda təklif edildiyi kimi, Surovikinin üsyanı dəstəkləməsi Priqojinin böyük bir rus hərbi mərkəzini ələ keçirməsinə və Moskvaya silahlı yürüş əmri verməsinə baxmayaraq, niyə hələ də sağ olduğunu izah edə bilər./Oxu24.com