​Azərbaycanda vəzifəli şəxslərin arvadları da sevgili saxlayır - ŞOK AÇIQLAMA

​Azərbaycanda vəzifəli şəxslərin arvadları da sevgili saxlayır
11:41 28.06.2023
190 Toplum
A- A+
"Əvvəllər bu hallar az-az müşahidə olunsa da texnologiyanın ildırım sürətilə inkişafı xəyanətlərin də sayını artırıb".

Hər zaman qalmaqallı açıqlamaları ilə gündəm olmağı bacaran psixoloq Samirə Bağırova bu fikirdədir.

Sulh.info.az-ın bizim.media-ya istinadən xəbərinə görə, psixoloq sayta açıqlamasında bildirib ki, burada ən başlıca səbəb evləndikdən sonra kişi və qadın arasında olan münasibətlərin tam açıq olmamasıdır.

"Xəyanətə aparan yolun ən başlıca səbəbi cütlüklərin bir-birlərinə qarşı olan pərdəli davranışlarıdır. Hansı ki, evlilikdən sonra ər-arvad bir-birlərinə cinsi həyatları haqqında açıq etiraf edə bilmirlər, istəklərini boğurlar. Bu da onların arasında müəyyən problemlər yaradır və son yol xəyanət olur. Bundan başqa səbəblər kiçik nüanslardır".

Psixoloq deyir ki, Bakıda hazırda o qədər ailə var ki, xəyanətlərini bilə-bilə rəsmi nikahlarını pozmadan yaşayırlar:

"Bəzən cütlüklər sevgiləri bitsə də evliliklərini kağız üzərində saxlayırlar. Həm ər, həm də arvad ayrılıqda öz həyatlarını yaşayır. Onu da qeyd edim ki, hazırda bu Bakıda çox geniş yayılmış dəbdir. Xeyli vəzifəli şəxslər var ki, özləri kimi arvadları da sevgili saxlayır. Vəzifəli qalsın qırağa, orta təbəqəli insanlardan da bu cür "ailəli" olanlar var. Hər ikisi bilir ki, həyat yoldaşının sevgilisi var və rəsmi olaraq evliliklərini qoruyurlar".

Samirə Bağırova deyir ki, son zamanlar keçirdiyi seansların hamısının motivində xəyanət durur:

"İnanın son zamanlar seansların demək olar ki, yarıdan çoxu bu problemlə bağlıdır, şikayətlər eynidir:

"Ərim xəyanət edir və ya mən ərimə xəyanət edirəm". Həmin o pasientlərə sual verirəm ki, xəyanətə səbəb nədir? İnanın elə bir səbəb deyirlər ki, baxıram ki, hər iki tərəfin səbəbləri haqlıdır".