İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulduğu barədə məlumat vermişdik. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Ordumuzun "Qəzəb" əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib.
Separatçıların Qarabağdakı qanunsuz hərbi birləşmələri tərəfindən yeni təxribatlara hazıqlıqlar gedir. Belə olarsa, Ordumuz tərəfindən daha sərt və adekvat cavab olacağı, qanunsuz birləşmələrin hərbi infrastrukturunun məhv ediləcəyi istisna edilmir.
Qarabağda terror fəaliyyətinin fəallaşmasının Vaşinqtonda keçiriləcək növbəti danışıqlar raundu ilə birbaşa bağlı olduğuna dair şübhə yoxdur. Bu təxtibatın rusiyalı sülhməramlıların təşfiqi ilə baş verdiyi də istisna deyil. Hər halda sözügedən qanunsuz birləşmələrinin sülhməramlıların tam nəzarəti altında olması bunu deməyə əsas verir./Trend